İQTİSADİYYAT
“Amrahbank” və “ASAN xidmət” birgə yeni layihəyə start verib
Bakı, 26 oktyabr, AZƏRTAC
“Amrahbank” və “ASAN xidmət” arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində təlim və təcrübə proqramı həyata keçiriləcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş “ASAN könüllülər”i “ASAN School” könüllülük proqramının ikinci pilləsi olan "Master 2" çərçivəsində “Amrahbank”ın peşəkar mütəxəssisləri tərəfindən bank sektoru və onun fəaliyyəti ilə yaxından tanış olacaqlar. Təlimi uğurla bitirən “ASAN könüllülər”i “Amrahbank”ın struktur bölmələrində 1 ay ərzində təcrübəyə cəlb ediləcəklər.
“Amrahbank”ın iştirakı ilə həyata keçirilən bu təlim-təcrübə proqramının məqsədi gənclərin maliyyə savadlılığının artırılmasına dəstək vermək, onların şəxsi inkişafını təmin etmək və gələcək fəaliyyətləri üçün stimul yaratmaqdır.