REGİONLAR


Ənənəvi İslam dəyərlərinin təbliği daim diqqətdə saxlanılmalıdır

Şamaxı, 28 aprel, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (QDİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin, rayon icra hakimiyyətinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə aprelin 28-də “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib.

Seminarda DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, eləcə də Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən məscidlərin dini icma sədrləri və din xadimləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda radikalizmin mahiyyəti haqqında danışılıb, onun yaratdığı fəsadlar və təhlükələri qeyd edilib. Bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ ilə birgə xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, habelə ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər keçirir. Bu tədbirlərə əsasən gənclərin cəlb edilməsinə daha çox üstünlük verilir. Çünki onlar radikalların təbliğatının qurbanı ola biləcək daha həssas qrupa daxildirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.