CÜMHURİYYƏT - 100
Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan simpozium keçirilir VİDEO
Ankara, 28 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı Ankara Universitetində nüfuzlu ali təhsil ocağı ilə Nazirlər Kabineti yanında Türk Dil Qurumu tərəfindən birgə təşkil edilən beynəlxalq simpozium işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Simpoziumun rəsmi açılışında çıxış edən Türk Tarix Qurumunun sədri Refik Turan, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti, cəmi 23 ay ərzində görülən mühüm tarixi işlərin əhəmiyyəti, Cümhuriyyətimizin süqutunun səbəbləri və ondan sonrakı proseslərdən danışıblar.
Dörd gün davam edəcək beynəlxalq simpoziumda Türkiyə və Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Qazaxıstandan gələn alimlərin Xalq Cümhuriyyətinin baniləri ilə bağlı məruzələri dinləniləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara