MƏDƏNİYYƏT
Ankarada “Qara Qarayev ili”nin açılış konserti olacaq
Ankara, 6 fevral, AZƏRTAC
Fevralın 15-də Ankara şəhərində böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə böyük konsert proqramı təşkil ediləcək.
AZƏRTAC TÜRKSOY-un katibliyinə istinadla xəbər verir ki, konsert “Qara Qarayev ili” çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, TÜRKSOY-un qərarı ilə 2018-ci il “Qara Qarayev ili” elan olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]
Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq
- 26.04.2024 [11:30]