MƏDƏNİYYƏT
Ankarada Yunus Əmrənin həyat və fəaliyyətinə həsr olunan simpozium işə başlayıb
Ankara, 12 iyul, AZƏRTAC
Türk dünyasının iftixarı, böyük filosof Yunus Əmrənin vəfatının 700 illiyi ilə əlaqədar Ankarada “Beynəlxalq türk dilinin Anadoluda yazı dilinə çevrilməsi” mövzusunda simpozium təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Yunus Əmrə-gəl gör məni” rəsm sərgisinin açılışı olub.
Simpoziumun rəsmi açılışında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alparslan, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov Türk dili qurumunun rəhbəri Gürer Gülsevin, Yunus Əmrə İnstitutunun başqanı Şərəf Atəş, Atatürk Kültür, Dil və Tarix ali qurumunun başqanı Muhammət Həkimoğlunun çıxışları dinlənilib.
Üç gün davam edəcək simpoziumda görkəmli alimlər böyük filosofun həyat və fəaliyyətinə dair müzakirələr aparacaqlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara