DÜNYA
Anlaşmasız “Brexit” Şotlandiyaya illik 14 milyard funt-sterlinqə başa gələ bilər
Bakı, 19 avqust, AZƏRTAC
Böyük Britaniyanın anlaşmasız “Brexit” qərarı Şotlandiyaya illik 14 milyard funt sterlinqə başa gələ bilər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu İngiltərə Sənaye Konfederasiyasının prezidenti Karolin Fairbairn deyib. K.Fairbairn İngiltərənin Aİ-dən anlaşmasız ayrılmasının Şotlandiya iqtisadiyyatını böyük risk altında qoyacağını vurğulayıb. “Böyük Britaniyanın bu qərarından çox narahatıq. Düşünürük ki, İngiltərə hökumətinin əsas prioriteti İttifaqı razılıq əsasında tərk etmək olmalıdır. Aİ ilə iş görən Şotlandiya şirkətləri də bu vəziyyətdən çox narahatdır. Avropalı müştərilər bizimlə iş qurmağı mürəkkəb və riskli hesab edirlər. Bəzi müştərilər indidən razılaşmaları pozurlar. Onlar artıq avropalı təchizatçılar axtarışındadırlar”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]