SİYASƏT
Ann Linde: İsveç Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir VİDEO
Bakı, 15 mart, AZƏRTAC
İsveç Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Qarşılıqlı əlaqələrin inkişafı bir çox sahələrdə uğura rəvac verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə martın 15-də baş tutan görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən Ann Linde Azərbaycan ilə İsveç arasında siyasi, iqtisadi-ticarət və mədəniyyət sahələrində əməkdaşlıq üçün imkanların olduğunu söyləyib.
O qeyd edib ki, 44 günlük müharibədən sonra bölgədə yaranan reallıqlar yeni əməkdaşlıq əlaqələrinin formalaşmasına imkan verir.