SİYASƏT
Antoni Motae Marupinq: Afrika İttifaqı Azərbaycanla əməkdaşlığa hazırdır
Qahirə, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi səfir Elman Abdullayev Afrika İttifaqının iqtisadi məsələlər üzrə komissarı Antoni Motae Marupinq ilə görüşüb.
Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri barədə məlumat verən səfir E.Abdullayev ölkəmizin regionun liderinə çevrildiyini söyləyib. Səfir Azərbaycanın bir çox sahələrdə böyük uğurlara imza atdığını vurğulayıb.
Komissar A.M.Marupinq Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirdiyini bildirərək, Afrika İttifaqının ölkəmizlə əməkdaşlığa hazır olduğunu vurğulayıb. O, Afrika İttifaqının fəaliyyət planı hesab edilən “Agenda 2063” haqqında məlumat verib və həmin fəaliyyət planının həyata keçirilməsi zamanı Azərbaycanın zəngin təcrübəsinin nəzərə alınmasının vacibliyini qeyd edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə