Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Əqli mülkiyyət və texnologiyalar üzrə Avrasiya Konfransı”nda professor Kamran İmanovun məruzəsi dinlənilib

“Əqli mülkiyyət və texnologiyalar üzrə Avrasiya Konfransı”nda professor Kamran İmanovun məruzəsi dinlənilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Avrasiya Patent Təşkilatı İnzibati Şurasının 41-ci iclası çərçivəsində Moskva şəhərində hibrid formatda ilk beynəlxalq “Əqli mülkiyyət və texnologiyalar üzrə Avrasiya Konfransı” keçirilib. Konfransda Avrasiya Patent Təşkilatının üzv dövlətlərinin milli patent ofislərinin rəhbərləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının səlahiyyətli nümayəndəsi, əqli mülkiyyət üzrə mütəxəssislər və ekspertlər, patent müvəkkilləri və hüquqşünaslar iştirak ediblər.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri professor Kamran İmanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti konfransa onlayn rejimdə qoşulub.

Müasir dövrdə əqli mülkiyyətin aktual problemlərinin müzakirə olunduğu konfransda Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin rəhbəri, əqli mülkiyyət üzrə beynəlxalq ekspert Kamran İmanov “İnnovasiya və əqli mülkiyyətin qorunması Avrasiya məkanında” mövzusunda geniş məruzə edib.

Azərbaycanda müasir dövrün çağırışlarına uyğun olaraq davamlı şəkildə uğurlu iqtisadi və institusional islahatların həyata keçirildiyini bildirən K.İmanov, Əqli Mülkiyyət Agentliyinin yaradılmasını bu islahatların bəhrəsi kimi qiymətləndirib. O, Agentliyin əqli mülkiyyətin (ƏM) bütün sahələrinin idarəçiliyini təmin etdiyini və patent idarələrinin yerinə yetirdiyi ənənəvi funksiyalardan kənara çıxan sosial, mədəni və iqtisadi vəzifələrin yerinə yetirilməsində fəal iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Davos İqtisadi Forumunun son rəqabətqabiliyyətlilik indeksinə əsasən Azərbaycan MDB ölkələri arasında lider dövlət statusunu qoruyub saxlaya bilib və bir sıra inkişaf etmiş Avropa ölkələrini qabaqlayıb.

Əqli mülkiyyətin iqtisadi artıma müsbət təsiri barədə fikirlərin geniş yayılmasına baxmayaraq, iqtisadçıların əqli mülkiyyət hüquqlarının qorunmasının və keçirilməsinin gücləndirilməsində yekdil fikirdə olmadıqlarını bildirən K.İmanov əqli mülkiyyət hüquqlarının səviyyəsinin adekvat modelinin işlənilməsinin “əqli mülkiyyət ekosistemi”nin aparıcı halqası olan milli patent ofislərinin fəaliyyətində fundamental əhəmiyyət daşıdığını vurğulayıb. O, ƏM hüquqlarının iqtisadi artıma təsirinin məqsədəuyğunluğunun və təhlilinin ikimərhələli prosedur əsasında qurulmasının zəruriliyini qeyd edib. Bununla əlaqədar K.İmanov birinci mərhələdə - ƏM hüquqlarının innovasiyaya təsiri, ikinci mərhələdə isə - innovasiyaların iqtisadi artıma təsiri barədə əsaslandırılmış arqumentlər söyləyib. Həmçinin əqli mülkiyyətin innovasiya üçün vacib amil olmasına baxmayaraq, ona təsir edən digər amillərin də nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.

K.İmanov innovasiya fəaliyyətini ləngidən amillərə toxunaraq, onların aradan qaldırılması üçün bu sahədə düşünülmüş dövlət müdaxiləsinin, bazarın stimullaşdırılmasının, eləcə də elm və yenilikçiliyə münasibətdə tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirib.

Dövlətin innovasiya siyasəti üzərində dayanan K.İmanov, bu sahədə dövlət müdaxiləsinin formalarını şərti olaraq aşağıdakı kimi qruplaşdırılmasını tövsiyə edib:

-Universitetlərdə və dövlət elmi-tədqiqat müəssisələrində (DETM) tədqiqatların maliyyələşdirilməsi;

-Özəl şirkətlər üçün dövlət sifarişləri, məqsədyönlü subsidiyalar, vergi güzəştləri, bonuslar, güzəştli kreditlər və digər mexanizmlər vasitəsilə elmi-tədqiqat və təcrübi-konstruktiv işlərin maliyyələşdirilməsi;

-Dövlət müəssisələri öz təşəbbüsləri ilə apardıqları elmi-tədqiqat işlərinə özəl maliyyələşmə cəlb edə bilmələri üçün onlara əqli mülkiyyət hüquqlarının verilməsi.

K.İmanov dövlət tərəfindən innovasiya mühitinin tənzimlənməsi sahəsində vergi, dəyər, gömrük, kredit və amortizasiya siyasəti elementlərindən ibarət olan həvəsləndirmə və motivasiya üsullarının da həyata keçirilməsinin zəruriliyi barədə fikirlərini bölüşüb. Bildirib ki, infrastruktur obyektlərinin maliyyələşdirilməsinin müxtəlif prinsipləri üzrə, yəni sığorta fondlarının, texnologiyaların transferi və kommersiyalaşdırma mərkəzlərinin, vençur kapitalı agentliklərinin yaradılmasını və dəstəklənməsini də göstərilən üsulların sırasına aid etmək olar.

Məruzədə xüsusi olaraq vurğulanıb ki, əqli mülkiyyət hüquqlarının qorunması və həyata keçirilməsinin səviyyəsi sivil davranışın ölçüsü hesab olunur. Bu, innovasiya prosesinin səmərəliliyinə müsbət təsir göstərir və ölkənin ÜDM-nə töhfə verir. Eyni zamanda nəzərə alınmalıdır ki, “innovativ inkişafın qəbul edilmiş ssenariləri” əqli mülkiyyət hüquqlarının qorunması və həyata keçirilməsi səviyyəsinə bilavasitə təsir göstərir.

K.İmanovun məruzəsi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin moderatoru Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev məruzədə qaldırılan məsələlərin, o cümlədən müasir dövrdə əqli mülkiyyətin innovasiya prosesinə təsirinin daha dərindən öyrənilib təhlil edilməsi, bu sahədə Azərbaycan təcrübəsindən digər üzv dövlətlərin patent ofislərinin də bəhrələnməsi və birgə uğurlu addımların atılması üçün əqli mülkiyyət sahəsində tanınmış mütəxəssis kimi K.İmanovun iştirakı ilə Avrasiya Patent İdarəsində konfransın keçirilməsini təklif edib.

Konfrans iştirakçıları təklifi dəstəkləyərək belə bir tədbirin keçirilməsinin hamı üçün faydalı olacağı bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur