REGİONLAR
Aqrar Universitetin mühəndis tələbələrinə sürücülük sertifikatları və vəsiqələri təqdim olunub
Gəncə, 17 iyul, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük kursları yaradılıb. Kursların yaradılmasında məqsəd tələbələrin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək bacarığına və hüququna yiyələnməsini təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, ilkin olaraq sürücülük hazırlığı kursu üzrə 120 tələbə iki ay müddətində tədris prosesi keçib, 70 nəfər təhsil müəssisəsi tərəfindən sertifikat alıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən təşkil olunan test imtahanında 58 tələbə müvəffəq qiymət alaraq sürücülük vəsiqəsi qazanıb.