YUBİLEY TƏBRİKLƏRİ
Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi
Fərid Ayar
Əziz qardaşım Aslan Aslanov,
Dost Azərbaycan Dövlət İnformasiya agentliyi - AZƏRTAC-ın yaranmasının 100 illik yubileyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə və agentliyinizin bütün əməkdaşlarına uğurlar və rifah diləyirəm.
Əziz dostum, bu əlamətdar gün münasibətlə hörmətli agentliyinizin ərəb xəbər agentlikləri ilə dost və səmimi əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində oynadığı müsbət rola görə Sizə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu yanaşma bundan sonra da davam edəcək və gələcəkdə agentliklərimizin maraqları naminə daha da inkişaf edəcək.