DÜNYA
Argentina hökuməti Prezident Nikolas Maduronu “Xilaskar San-Martin” ordenindən məhrum edib
Bakı, 12 avqust, AZƏRTAC
Argentina hökuməti Venesuela Prezidenti Nikolas Maduronu respublikanın ali dövlət mükafatı - “Xilaskar San-Martin” ordenindən məhrum etmək barədə qərar qəbul edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, müvafiq fərman Argentina Respublikasının rəsmi bülletenində dərc edilib.
Sənədə əsasən respublika hökuməti “Xilaskar San-Martin” ordeninin şərəfinə uyğun gəlməyən fəaliyyətinə görə Bolivar Respublikasının Prezidenti Nikolas Maduronu ondan istifadə hüququndan məhrum edib.
Argentina hökuməti Maduronu əsasən etirazları boğmaq və müxalifətçiləri həbs etmək üçün hərbi resurslardan və məhkəmələrdən əsassız istifadə etməkdə günahlandırır.
Qeyd edək ki, bu orden Argentinanın milli qəhrəmanı general Xose de San-Martinin şərəfinə 1943-cü ildə təsis olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]