İQTİSADİYYAT
Arıçı: Dövlət dəstəyi nəticəsində arıçılığa maraq artıb
Bakı, 25 yanvar, AZƏRTAC
Dövlətimiz tərəfindən arıçılığa göstərilən diqqət nəticəsində biz arıçıların da işində xeyli irəliləyiş olub. Azərbaycanda markalama sisteminin tətbiqi ilə bağlı Türkiyədən alınmış aparatla qablaşdırma və markalamanı özümüz həyata keçiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri VI Arıçılıq konfransında təşkil olunan sərginin iştirakçısı Yalçın Məmmədov bildirib.
Masallı rayonunun Sərçuvar kəndindən gəlmiş Y.Məmmədov deyib ki, arıçılıq onların dədə-baba peşəsidir. Vaxtilə atası Gəncəli Məmmədov da bu işlə məşğul olub. Fermer təsərrüfatında daha çox çiçək və cökə balı istehsalına üstünlük verir. Keçirilən bal sərgi-satış yarmarkalarında iştirak edir.
“Əvvəllər belə dövlət dəstəyi olmayıb. İndi sağ olsun dövlətimiz, arıçılığa dəstək verir, bizdə də bu işə həvəs artıb. Hər pətəyə görə aldığım 10 manat subsidiya təsərrüfatımdakı çətinlikləri aradan qaldırıb”, - deyə o bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:52]
® “Nar” ilə səyahətdə “WhatsApp”da pulsuz yazış!
- 19.03.2024 [17:42]
® “Unibank” biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
- 19.03.2024 [17:32]
“Business Sweden” COP29 ilə bağlı Azərbaycanla əməkdaşlığa açıqdır
- 19.03.2024 [16:32]
Bakı hava limanı bayram günlərində fasiləsiz iş rejimində çalışacaq
- 19.03.2024 [16:12]
Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir
- 19.03.2024 [16:04]
Nazir: “Onlayn Azərbaycan” layihəsinin 71 faizi icra olunub
- 19.03.2024 [15:13]