İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş vəsaitlərin 64,3 faizi tikinti-quraşdırma işlərinə xərclənib 

Bakı, 21 yanvar, AZƏRTAC 

Ötən il əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 911,1 milyon manatını və ya 69,9 faizini daxili vəsaitlər təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərmayə qoyuluşunun 10 milyard 954,1 milyon manatı və ya 64,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 faiz, büdcə vəsaitləri 27,6 faiz, bank kreditləri 6,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, sair vəsaitlər 8,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,5 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.