DÜNYA


Əsgər yaxınları Yerevanda hökumət binası qarşısında oturaq aksiya keçirirlər

Bakı, 27 noyabr, AZƏRTAC

Ermənistanın hərbi hissələrdə intihar adı qoyularaq öldürülən 10-a yaxın əsgərin yaxınları Yerevanda hökumət binası qarşısında oturaq aksiya keçirirlər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, çıxılmaz vəziyyətdə olduqlarını deyən etirazçılar əsgərlərin ölümü ilə bağlı şikayət etdikləri bütün qurumlardan rədd cavab aldıqlarını bildirirlər. İstintaqın gedişindən narazı qalan öldürülən Qevork Haroyanın dayısı Armen Beqlaryanın sözlərinə görə, əsgəri zabit qətlə yetirib. Hərbi hissədə qatilin kim olduğunu çox yaxşı bilir, lakin tədbir görmürlər. Etirazçılar baş nazir səlahiyyətinin icraçısı Nikol Paşinyanla görüşlərinin də nəticə vermədiyini deyirlər. Ermənistan ordusunda xaosun hökm sürdüyünü bildirən aksiya iştirakçıları qeyd edirlər ki, zorakılıqla bağlı xeyli faktın olmasına baxmayaraq, bunun qarşısı alınmır.

Sonuncu belə hadisə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qanunsuz dislokasiya olunan hərbi hissələrdən birində noyabrın 21-i baş verib. Zabit tərəfindən zorakılığa məruz qalan əsgər bu barədə ailəsinə məlumat verib. Yaxınları dərhal vəkil tutaraq məsələni ictimailəşdiriblər. Bundan sonra əsgərin hərbi hissəsi dəyişdirilib. Ailə indi zabitin həbs olunmasına çalışır.

Yerevan Apelyasiya məhkəməsində isə 3 hərbi həkimin məhkəməsi davam edir. Onlar xidməti vəzifə borclarına səhlənkar yanaşmada ittiham olunurlar. Həkimlər hərbi hospitalda müalicə alan əsgərin ölümündə təqsirləndirilirlər. Məhz vurulan vaksindən sonra hərbçinin səhhəti pisləşib. Əsgər belə vəziyyətdə 16-17 saat xidmətdə olub və vəziyyəti ağırlaşaraq ölüb. Sosial şəbəkələrdə görüntüsü yayılan andiçmə mərasimində gənc hərbçinin axsaması da rezonans yaradıb. Əsgərin atası deyir ki, oğlu 3-cü qrup əlildir. Buna baxmayaraq, onu hərbi xidmətə aparıblar. Fiziki məhdudiyyətli olması ona çətinliklər yaradır. Buna baxmayaraq, əsgəri ordudan tərxis etmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.