Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Əsl strateji tərəfdaşlar: Azərbaycan-Xorvatiya münasibətlərinin perspektivləri

Əsl strateji tərəfdaşlar: Azərbaycan-Xorvatiya münasibətlərinin perspektivləri

Dövlətimizin başçısı İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri kütləvi informasiya vasitələrinin və ekspertlərin ciddi marağına səbəb olub. İki ölkə arasındakı münasibətlərin inkişaf dinamikası maraqlı faktlarla və strateji məqamlarla zəngindir. Xorvatiya Cənub-Şərqi Avropanın sayılan, Azərbaycan isə Cənubi Qafqazın lider dövlətidir. Xorvatiya yerləşdiyi regionda energetika və nəqliyyat sahələrində inkişaf etmiş qovşağa çevrilməyi planlayıb. Bu baxımdan Zaqrebin Azərbaycanın təşəbbüskarı olduğu enerji və nəqliyyat layihələrində iştirakı prinsipial əhəmiyyət daşımaqdadır. Təbii ki, Xorvatiya üçün Azərbaycanla əlaqələrin bütün istiqamətlər üzrə strateji xarakter alması vacibdir. Burada onu da demək gərəkdir ki, Zaqreb Xəzərin hüquqi statusunun müəyyən edilməsinə Bakı ilə əməkdaşlığın inkişafında mühüm faktor olaraq baxır. Bütün bunlar dövlət başçısı İlham Əliyevin Xorvatiya səfərinin çox uğurlu olduğunu təsdiqləyir. Həmin bağlılıqda səfərin geosiyasi konteksti üzərində geniş dayanmağa ehtiyac görürük.

Əlaqələrin tarixi və perspektivləri: yeni mərhələyə doğru

Azərbaycan-Xorvatiya münasibətləri üç səviyyədə önəm kəsb edir. Hər şeydən əvvəl, iki müstəqil dövlət olaraq qarşılıqlı faydalı əməkdaşlıq zəruridir. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, Xorvatiya isə Cənub-Şərqi Avropanın sayılıb-seçilən ölkəsidir. Sosial-mədəni inkişaf baxımından o, regionun digər dövlətlərindən fərqlənir. Xorvatiya milli dəyərlərlə ciddi diqqət yetirən cəmiyyət kimi tanınır. Digər səviyyə enerji və nəqliyyat sahəsində əməkdaşlıqla bağlıdır. Azərbaycan Xəzərdə ciddi neft-qaz ehtiyatına malik olan və bu istiqamətdə Avropa ilə geniş əməkdaşlıq edən dövlətdir.

Bütün enerji layihələri Avropa ilə sıx bağlıdır. O cümlədən Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq TAP, TANAP, "Cənub Qaz Dəhlizi" kimi layihələrə bütövlükdə Qərb dünyasının marağı böyükdür. Bunlardan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinə Avropanın marağı şübhəsiz ki, böyükdür. Bu, həm birbaşa Xəzər hövzəsi dövlətləri ilə Avropa ölkələri, həm də "Yeni İpək Yolu" layihəsi çərçivəsində çoxlu sayda dövlətlə əməkdaşlığa geniş imkanlar yaradır.

Üçüncü səviyyə Aİ və NATO çərçivəsindəki əməkdaşlıqla bağlıdır. Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır. Bununla bağlı yeni sənəd də imzalanmağa hazırlanır. Daha konkret desək, Bakı öz əməkdaşlıq variantını Brüsselə təqdim edib və strateji tərəfdaşlığın prioritetlərini müəyyənləşdirən sənəd artıq paraflanıb. Bu sənəd çərçivəsində də Zaqreb-Bakı münasibətlərinin böyük perspektivə malik olduğunu siyasətçilər və ekspertlər etiraf edirlər. Xorvatiya 2009-cu ildən NATO-nun üzvüdür və təbii ki, həmin təşkilat çərçivəsində Azərbaycanla əməkdaşlığı normal qəbul edilməlidir.

İki ölkə arasındakı əməkdaşlığın üç səviyyədə əhəmiyyət daşıması liderlərin qarşılıqlı səfərləri ilə uyğunluq təşkil edir. Prezident İlham Əliyev 2005-ci ilin iyun və 2013-cü ilin mart aylarında Xorvatiyaya səfər edib. Xorvatiyanın eks-prezidentlərindən Stefan Mesiç 2007-ci ilin oktyabr ayında Bakıya səfərə gəlib. 2012-ci ilin mart ayında isə İvo Yosipoviç Azərbaycana rəsmi səfər edib. Xorvatiyanın hazırkı Prezidenti Kolinda Qrabar-Kitaroviçin 2016-cı ilin oktyabrında ölkəmizə səfərinin uğurlu olması yadda qalıb. Bunlardan başqa, hər iki ölkənin parlament sədrləri, nazirləri qarşılıqlı səfərlər ediblər.

Bütün bunlarla yanaşı, ekspertlər 5 il əvvəl imzalanmış "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi"ni yüksək qiymətləndirirlər. Bu sənəd bir çox sahələrdə - iqtisadi, müdafiə və təhlükəsizlik, ticarət, sərmayə qoyuluşu, turizm, nəqliyyatın bütün növləri, elmi və texniki, ekoloji, informasiya, humanitar, mədəni, gənclər və idman sferalarında əlaqələrin inkişafının "yol xəritəsi"dir. Bütövlükdə Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələri əhatə edən 20-dən çox sənəd imzalanıb.

Prezident İlham Əliyev Xorvatiyanın hazırkı Prezidenti Kolinda Qrabar-Kitaroviçlə son 4 ildə 4 dəfə müzakirələr aparıb. İlk görüş 2016-cı ilin fevral ayında Londonda baş tutub. Prezidentlərin ikinci görüşü 2016-cı ilin oktyabrında Bakıda olub. Növbəti görüş 2017-ci il 16-17 fevral tarixində Almaniyada təşkil olunan 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində gerçəkləşib. Nəhayət, bu il sentyabrın 6-da 4-cü görüş Zaqrebdə baş tutub. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya olan üçgünlük rəsmi səfəri çərçivəsində reallaşıb.

İnkişaf istiqamətləri: bütün sferalarda irəliləyiş

Həm iki ölkə arasında əməkdaşlığın tarixi, həm də liderlər arasındakı görüşlərin dinamikası təsdiq edir ki, Bakı-Zaqreb münasibətləri yüksələn xətlə inkişaf edir. İlham Əliyevin son səfəri zamanı ifadə edilən fikirlər və imzalanan sazişlər də bunu tam olaraq təsdiqləyir. Zaqrebdə prezidentlər bütün istiqamətlərdə əməkdaşlığın inkişafı ilə bağlı konkret punktlar üzrə müzakirələr aparıblar.

Sənədlərin imzalanması mərasimindən sonra Xorvatiya Prezidenti mətbuata verdiyi bəyanatda vurğulayıb: "Azərbaycan və Xorvatiya əsl dostlardır. Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. Çünki biz, 2013-cü ildə müdafiə sahəsində də əməkdaşlıqla bağlı anlaşma memorandumu imzaladıq. Bu baxımdan zabitlərimiz və hərbçilərimiz, əsgərlərimiz bir sıra müxtəlif hərbi kurslarda, hərbi məktəblərdə öz təhsilini artıra bilərlər" (bax: Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 6 sentyabr 2018).

Əməkdaşlığın strateji aspektinə də toxunan xanım Prezident maraqlı bir arqument gətirib. O, Xorvatiyanın gələcəkdə Cənub-Şərqi Avropanın daha inkişaf etmiş qovşağına çevriləcəyini deyib. Bu əsasda Zaqreb Azərbaycanla münasibətlərin yüksək templə inkişafında maraqlıdır. O cümlədən Kolinda Qrabar-Kitaroviç Azərbaycanın reallaşdırdığı qaz boru kəməri layihəsində iştiraka və Krk adasında maye qaz terminalının tikintisinə qoşulmağa ümid bəsləyir (bax: əvvəlki mənbəyə). Çünki Azərbaycan da Cənubi Qafqazın inkişaf etmiş qovşağıdır və onunla əlaqələrin inkişafı ciddi perspektivlər vəd edir.

Prezident İlham Əliyev də mətbuata verdiyi bəyanatda iki ölkə arasındakı münasibətləri dərin təhlil edib. Dövlət başçısı hazırda mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi zərurətini əsaslandırıb. Prezident İlham Əliyev bu bağlılıqda ifadə edib: "...həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlardır. Bu gün xanım Prezident qeyd etdiyi kimi, bir çox sahələrdə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələrində bütün istiqamətlər üzrə, əminəm ki, yaxşı nəticələr olacaq. Müvafiq göstərişlər verildi" (bax: əvvəlki mənbəyə).

Azərbaycanla Xorvatiya arasında Zaqrebdə imzalanan sənədlər də prezidentlərin ifadə etdikləri fikirlərin məzmununa tam uyğun gəlir. Orada "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram" və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

Beləliklə, Azərbaycan Avropa İttifaqının üzvü olan Xorvatiya ilə real məzmuna malik strateji əməkdaşlıq modeli qura bilib. Dövlət başçılarının söylədikləri fikirlərdən tam aydın olur ki, tərəflər bütün sferalarda əlaqələri daha da inkişaf etdirməkdə qərarlıdırlar. Burada Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyəti olan enerji layihələri və nəqliyyat üzrə proyektlər başlıca yer tutur. Ancaq Xorvatiya və Azərbaycan kənd təsərrüfatı, dərman istehsalı sahələrində əməkdaşlığı yeni səviyyəyə yüksəltməyə hazırdırlar.

Yuxarıda vurğulanan məqamlar onu göstərir ki, Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çox uğurlu olub. Bu səfər bütövlükdə Azərbaycanın Avropa siyasətinin prioritetlərinə tamamilə uyğundur. Rəsmi Bakı bütün istiqamətlərdə olduğu kimi, Aİ ilə münasibətlərdə də müstəqil xarici siyasətini bütün intensivliyi ilə davam etdirir. Şübhə yoxdur ki, bu bağlılıqda Azərbaycanın dövlət başçısı yeni-yeni zirvələr fəth edəcəkdir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub