ELM VƏ TƏHSİL


Aşqarlar Kimyası İnstitutunda tədbir: Ulu Öndər akademik elmin yaddaşında

Bakı, 7 may, AZƏRTAC

Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Ulu Öndər akademik elmin yaddaşında” mövzusunda tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev Ulu Öndərin tarixi şəxsiyyət kimi keyfiyyətlərindən və müasir Azərbaycanın formalaşmasında göstərdiyi xidmətlərdən danışıb.

Sonra YAP İdarə Heyətinin üzvü, institutun elmi işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev “Ulu Öndər akademik elmin yaddaşında” mövzusunda məruzə edib. O vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət və qayğı Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına xidmət edir.

Tədbirdə çıxış edən institut alimləri öz fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.