CƏMİYYƏT
Astara rayonunda qohumunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də saat 12 radələrində Astara rayonunun Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü̈ Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Astara Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü̈ Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.