REGİONLAR
Astarada “Yaz möcüzəsi” adlı onlayn fotomüsabiqənin qalibləri müəyyənləşib
Astara, 23 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Yaz möcüzəsi” mövzusunda onlayn fotomüsabiqə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, on bir gün davam edən onlayn fotomüsabiqədə 15 yeniyetmə və gənc iştirak edib.
Müsabiqəyə təqdim olunan fotolar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Astara şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Qumru Əsədzadə birinci, könüllü gənc Ruqiyyə Həsənli ikinci, könüllü gənc Şəbnəm Tahirova üçüncü yerə layiq görülüblər.
Qaliblərə Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]
Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib
- 09.05.2024 [19:21]