İQTİSADİYYAT
“AtaMatik” yenidən “Tour d'Azerbaidjan”da
Bakı, 2 may, AZƏRTAC
Mayın 3-də start götürəcək “Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi, “AtaBank” ASC iştirakçıları səyyar bankomatı olan “AtaMatik” ilə müşayiət edəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarışda əvvəlki illərdə olduğu kimi, velosipedçiləri Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayıllı, Pirqulu və digər bölgələrdə müşayiət edəcək “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq. “AtaBank” ASC-nin səyyar bankomatı olan “AtaMatik” vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və digər bank əməliyyatları apara biləcək.
“AtaBank” ASC olaraq ölkəmizdə keçirilən nüfuzlu və mötəbər idman yarışlarında əhaliyə, idmançılara və qonaqlara dəfələrlə “AtaMatik” səyyar bankomat xidmət edib.
Bütün idman sevərləri veloturda iştirak edəcək Azərbaycanın “Synergy Baku” komandasına dəstək olmağa çağırırıq.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. “AtaBank” xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com