CƏMİYYƏT


Atmosfer havasına tüstü ilə iy-qoxu yayan iaşə obyektlərinin əksəriyyəti paytaxtın Nizami rayonunda yerləşir

Bakı, 23 noyabr, AZƏRTAC

Nazirliyə daxil olan vətəndaş müraciətlərinin və aparılan monitorinqlərin təhlili göstərir ki, tüstü ilə havaya iy-qoxu yayan iaşə obyektlərinin əksəriyyəti paytaxtın Nizami rayonunda yerləşir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova məlumat verib.

Nazirliyin mətbuat katibinin sözlərinə görə, monitorinqlər zamanı daha çox həmin rayonun ərazisində çirklənmə səviyyəsinin yüksək olması qeydə alınıb: “Ona görə də Nizami rayonu ərazisində yerləşən və təmizlənməmiş tüstünü atmosferə atan bütün şadlıq saraylarında da manqalların istifadəsinə qadağa qoyulacaq. Bu gün, sabah yəqin ki, həmin şadlıq saraylarında toylar olacaq. Obyekt rəhbərləri nəzərə alsınlar ki, bizim əməkdaşlar və məhkəmə icraçıları gəlib manqallardan istifadəni dayandıracaq. Odur ki, indidən tədbirlərini görsünlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.