Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Auqsburq şəhərində “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Auqsburq, 10 may, AZƏRTAC

Mayın 10-da Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans işə başlayıb.

Azərbaycanın Gənc Dostları Klubunun ideyası əsasında gerçəkləşən konfransa “Logen Haus” sərgi zalında “Heydər Əliyev və gənclik” fotosərgisi ilə start verilib. Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri - Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təqdimatında Ulu Öndərin ömür yolunu əks etdirən xatirə fotoşəkilləri sərgilənib.

Auqsburq Universitetinin Germanistika kafedrasının müdiri professor Alfred Vildfoyer çıxış edərək konfransın keçirilməsinin məqsədini açıqlayıb: “Bu konfransın keçirilməsində əsas məqsəd Azərbaycan multikulturalizminə ən yüksək siyasi qiymət verən və onu hüquqi müstəviyə qaldıran, eyni zamanda, gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı beynəlxalq səviyyədə ifadə etməkdir. Həmçinin Azərbaycanın Gənc Dostları Klubunun Avropa, Asiya və Amerikada yaşayan üzvləri vasitəsilə multikulturalizmi, tolerantlıq ideyalarını daha geniş təbliğ və təşviq etmək, dünyada sülhün bərqərar olmasına töhfə verməkdir”.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev Azərbaycanın Gənc Dostları Klubuna və Auqsburq Universitetinə bu beynəlxalq konfransın təşkilində göstərdikləri səylərə görə minnətdarlığını bildirib və ölkəmizi sevən gəncləri yenidən bir arada görməkdən məmnunluğunu ifadə edərək deyib: “Biz sizin bəziləriniz ilə Azərbaycanda bir neçə dəfə görüşmüşük. Sizin Azərbaycandakı dövlət siyasəti, multikultural ənənələr və tolerantlıq mühiti haqqında əyani təsəvvürləriniz var. Bu gün Azərbaycan multikulturalizmi fənni dünyanın 20-yə yaxın universitetində tədris edilir ki, onlardan biri də Auqsburq Universitetidir. Dünyanın multikultural mərkəzlərindən sayılan, konfessiyalar arasında sülh, harmoniya axtaran qədim bir şəhərdə bir araya gəlmənizin Azərbaycan üçün böyük önəmi vardır. Çünki Azərbaycan multikulturalizmi sadəcə özü-özünü təbliğ etməklə kifayətlənə bilməz. Biz sizinlə birlikdə dünyanın multikulturalizm mərkəzlərini öyrənməli, insanların multikultural əhvala verdikləri qiyməti və bu yolda çəkdikləri zəhməti bilməliyik. Əgər bu gün Azərbaycan dünyada multikultural mərkəzlərdən biri kimi tanınırsa, bu, həm də bizim Auqsburqu yaxşı tanıdığımızdan irəli gəlir. Azərbaycan Prezidenti 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli” elan etmişdi və bu gün də bu xətt dövlət siyasəti olaraq həyata keçirilir. Prezidentin növbəti Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycan multikulturalizminin məntiqi davamıdır. İslam həmrəyliyi anlayışı özündə həm islamdaxili həmrəyliyi, həm də İslamla digər konfessiyalar arasında olan harmoniyanı ehtiva edir. Bu harmoniyanı məhz gənclər axtarıb tapmalı və həyata keçirməlidir. Bu mənada dünyanın dörd bir tərəfindən gələn və ölkəmizdən də onlara qatılan bu gənclər Azərbaycan multikulturalizminin varisləridir. Biz dünyamıza yeni nəfəs gətirməliyik. Bu, mərhəmətdir, şəfqətdir, sevgidir, başqasına hörmətdir.

Azərbaycanda multikultural harmoniyanın əsasını ulu öndər Heydər Əliyev qoyub. Onun gəncliklə və multikulturalizm ilə bağlı ideyaları bu gün inkişaf edir və gələcəyi olan ideyalardan sayılır. Bizim 10 may tarixində buraya yığışmağımızın simvolik mənası həm də ondan ibarətdir ki, bu gün Ulu Öndərin doğum günüdür. Onun xatirəsini belə gözəl bir təşəbbüslə, dərin ehtiramla yad etdiyiniz üçün konfransın təşkilində əməyi olan bütün dostlarımıza təşəkkür edirik. Əgər Azərbaycanı bütövlükdə öyrənmək istəyirsinizsə, bu böyük şəxsiyyətə, onun şərəfli və zəngin ömür yoluna müraciət etmədən bu, mümkün deyil. Düşünürəm ki, bu konfransın təşkili ilə biz Azərbaycanı anlamaqda doğru yoldayıq. Biz Auqsburqda Azərbaycan multikulturalizmini təbliğ etməklə həm də Azərbaycanda Auqsburqu təbliğ edirik. Bu işdə hamınıza uğurlar arzulayıram. Bu konfrans boyu sizi maraqlı görüşlər, təqdimatlar, tarixi, ədəbi və elmi mövzularda məruzələr gözləyir. İnanıram ki, bu konfransdan sonra Auqsburqdan unudulmaz təəssüratlarla ayrılacaqsınız”.

Auqsburq Universitetinin professoru Klaus Volf konfransın müxtəlif mədəniyyətlərin, dinlərin və etnosların birgə dinc yanaşı yaşaması sahəsində zəngin təcrübəyə malik federal əyalətdə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Salomeya Lukayte bildirib ki, layihəyə Azərbaycanın ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı İslam Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetindən 6 tələbə, 17 xarici ölkə universitetindən, o cümlədən Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, ABŞ, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya və Efiopiyanı təmsil edən, Azərbaycanın Gənc Dostları Klubunun üzvü olan onlarla tələbə bu tədbirə qatılaraq Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bölüşmək üçün bir araya toplanıb. Bu konfransın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın Gənc Dostlarının növbəti mənəvi birliyinin parlaq təcəssümüdür”.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsinin və iqtisadi inkişafın əsasının qoyulmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Ramin Həsənov əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasətinin Azərbaycanı dünyada multikultural mərkəzlərdən biri kimi tanıtdığını diqqətə çatdırıb.

Açılış nitqlərindən sonra “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda panel iclası işə başlayıb. Ural Federal Universitetinin beynəlxalq regionşünaslıq kafedrasının müdiri, BBMM-in Yekaterinburq filialının direktoru, professor Aleksandr Nesterov və Dimitrios Asproulisin moderatorluğu ilə keçirilən iclasda Dövlət İqtisad Universitetinin dosenti, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə vurğulanıb ki, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri olan gənc nəslə diqqət və qayğı hazırda da yüksək səviyyədədir, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakı təmin olunur, dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verilir, gənc nəslin əsl vətəndaş kimi formalaşması istiqamətində münbit şərait yaradılır.

BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysgerber rəhbərlik etdiyi filialın fəaliyyəti ilə bağlı məlumat verib. Xanım Birgit Vaysgerber bildirib ki, BBMM-in ilk rəsmi filialı Almaniyanın Drezden şəhərində fəaliyyətə başlayıb: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının fəaliyyəti multikulturalizm xətti ilə Azərbaycan həqiqətlərinin Avropaya - indiki halda Almaniya ictimaiyyətinə inteqrasiyası baxımından çox əhəmiyyətli hadisədir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Heydər Əliyev və tolerantlıq” mövzusunda məruzəsində vurğulayıb ki, Ulu Öndər multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edərək Azərbaycan ərazisində yaşayan etnik azlıqların mədəni və dini dəyərlərinin qorunmasını da demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində nəzərdən keçirirdi: “Tarixən Azərbaycanda İslam dini ilə yanaşı, xristianlıq, yəhudilik dinlərinə etiqad edən insanlar həmişə əmin-amanlıq şəraitində yaşayaraq bir-birinin dini əqidəsinə hörmətlə yanaşıblar. Heydər Əliyev Azərbaycanda yaşayan qeyri-İslam dini icmalarına qarşı həmişə ehtiram göstərib, onların dini bayramlarını təbrik edib, adət-ənənələrinə qayğı ilə yanaşıb”.

Auqsburq Universitetinin tələbəsi Silke Höqqün “Azərbaycan multikulturalizmi Auqsburqda” mövzusunda məruzəsi maraqla qarşılanıb. Almaniyalı tələbə qeyd edib ki, Azərbaycan kimi polietnik mühitdə cərəyan edən daxili ideoloji prosesləri daha dərindən anlamaqda Azərbaycanın təcrübəsi onlara kömək edir.

İclasda professor Aleksandr Nesterovun Azərbaycan multikulturalizminin XVIII əsrdə siyasi qaynaqları ilə bağlı, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun “Heydər Əliyev və multikultural dəyərlər”, Estoniyanın Tallin Linnamae Russian Liseyinin tələbəsi İrina Kovzanoviçin “Prezident İlham Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda mühazirələri dinlənilib.

Bakı lüteranların dini icmasının rəhbəri Vera Nesterova “Dinlərarası harmoniya: lüteranlıq Azərbaycanda” mövzusunda məruzə ilə çıxış edib. İcma rəhbəri Azərbaycanda bütün dinlərə eyni ehtiramın göstərildiyini, bütün konfessiyaların nümayəndələrinin ölkə Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

BBMM-in İsrail filialının rəhbəri, tanınmış politoloq Arye Qutun “Azərbaycan tolerantlıq və multikulturalizm nümunəsi kimi” mövzusunda çıxışı beynəlxalq konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Çıxışlardan sonra panel müzakirələrlə işini davam etdirib.

Günün ikinci yarısında konfrans “Azərbaycanın Gənc Dostları Klubunun təqdimatı” adlı II paneldə öz işini davam etdirib.

ABŞ-dan konfransa qatılan, Azərbaycanın Gənc Dostları Klubunun İdarə Heyətinin üzvü, siyasi analitik Peter Teys və Portuqaliyanın Lusofona Universitetinin tələbəsi Joao Mestrenin moderatorluğu ilə keçirilən təqdimatda birliyin həmsədrləri Salomeya Lukayte və Dimitrios Asproulis “Azərbaycanın Gənc Dostları Klubunun yaranmasından, il ərzində gördüyü işlərdən və qarşıda duran perspektivlərdən söz açıb: “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq əhatə dairəsini gündən-günə genişləndirir. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi-bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni töhfələr verir, müxtəlif tədbirlər keçirir. Azərbaycan xalqı və dövləti ölkə ərazisində əsrlərdir mövcudluğunu sürdürən etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə, ümumiyyətlə, misilsiz multikultural dəyərləri, nadir multikulturalizm modeli ilə ehtirama layiqdir. Bu konfransı gerçəkləşdirməklə Azərbaycanın Gənc Dostları olaraq bir daha dost Azərbaycan xalqına və dövlətinə öz sayğımızı ifadə etmiş olduq”.

Rusiyanın Ural Federal Universitetinin tələbəsi Maria Dzhaiani “Azərbaycanın Gənc Dostları Klubu dünya gəncləri ilə ünsiyyətin yeni mərhələsi”, Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Tokay Əhmədov “İslam Oyunları Azərbaycana nə verir”, İsrailin Ariel Universitetinin tələbəsi Maayan Eliovson “Mən Azərbaycanın Gənc Dostları Klubuna niyə üzv oldum”, Bakı İslam Universitetinin tələbəsi Ramil İbrahimov “İslam Həmrəyliyi İli”, “Multikulturalizm İli”nin məntiqi davamı kimi”, İtaliyadan olan müstəqil tədqiqatçı Klaudia Pasquali “Youngfriends.az saytı - ünsiyyətin yeni platforması kimi”, Polşanın Vrotslav Universitetinin tələbəsi Agata Taraşeviçin “Azərbaycanın Gənc Dostları Klubunun Polşada fəaliyyəti və perspektivləri” mövzusunda mühazirələri dinlənilib.

Müzakirələrdən sonra Auqsburq şəhərindəki sinaqoq, müqəddəs Anna kilsəsi və Bobinqen müsəlman məscidinin dini icmalarının nümayəndələri ilə görüş keçirilib.

Konfrans işini sabah davam etdirəcək.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb