İDMAN
“Australian Open”: “Melburn Park”dakı arenalarda tribunaların 50 faizədək doldurulması qaydası tətbiq edilib
Bakı, 13 yanvar, AZƏRTAC
Tennis üzrə “Australian Open” ərəfəsində Avstraliyanın Viktoriya ştatının hakimiyyət orqanları biletlərin yarısından çoxunun satılmadığı “Melburn Park”dakı arenalarda tribunaların yalnız 50 faizədək doldurulması qaydasını tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Viktoriya ştatının rəsmi saytında məlumat verilib.
Məlumatda tədbirin koronavirusun yayılmasının qarşısını almaq və azarkeşlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirildiyi bildirilib. Qeyd edilib ki, bu günədək alınmış bütün biletlər qüvvədə qalır, heç biri ləğv edilməyəcək və ya dəyişdirilməyəcək.
Açıqlamada qeyd edilir ki, maskaların taxılması məcburi olacaq. Qapalı yerlərdə sosial məsafənin saxlanması qaydaları tətbiq ediləcək. Arenaların qapalı məkanlarında ventilyasiya xüsusi filtrlərin quraşdırılması ilə yaxşılaşdırılacaq.
Avstraliya açıq çempionatı yanvarın 17-dən 30-dək Melburnda keçiriləcək.