MƏDƏNİYYƏT


“Avatar 2: Suyun yolu” filmində 100 metrlik şüurlu bədheybətlər yer alacaq

Bakı, 28 iyun, AZƏRTAC

“Avatar 2: Suyun yolu” fantastik filmində izləyicilər nəhəng sualtı bədheybətlər də daxil olmaqla, bir çox yeni canlıların şahidi olacaqlar.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Avatar”ın icraçı prodüseri Con Landau məlumat verib. "Burada o qədər qeyri-adi dəniz canlısı var ki, əminəm insanlar onlara valeh olacaqlar. Filmdə əsas məqsəd nəhəng Pandora planetinin özü ilə müqayisə edilə bilən bir məxluq yaratmaq idi. Bu canlılar təxminən 100 metr uzunluğunda şüurlu bədheybətlər olacaq”, – deyə prodüser bildirib.

Qeyd edək ki, dünyaşöhrətli rejissor Ceyms Kameronun genişmiqyaslı layihəsinin ikinci hissəsindəki hadisələr Pandora planetində cərəyan edir. Əsas rollarda Zoi Soldana, Keyt Uinslet, Siqurni Uiver, Una Çaplin, Sem Uortinqton, Cemeyn Klement, Stiven Lenq yer alıblar.

Bütün zamanların ən çox gəlir gətirən film layihəsi olan “Avatar 2: Suyun yolu” filmi bu il dekabr ayının 15-də ilk dəfə kütləvi nümayişə buraxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.