İQTİSADİYYAT


Əvəzsiz istifadəyə verilən əmlaka görə müqavilə bağlana bilər

Bakı, 6 iyul, AZƏRTAC

Vergi qanunvericiliyinin tələbinə əsasən, vergiödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota alınmasını təmin etməlidirlər.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergiödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim olunur.

Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.

Vergiödəyicilərinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərinin mülkiyyətçisi qismində onların ailə üzvləri olduqda, bu zaman daşınmaz əmlakla bağlı tərəflər arasında yaranan münasibətlərin əvəzsiz istifadəyə dair müqavilə ilə rəsmiləşdirilməsi mümkündür. Bununla bağlı vergi orqanına tərəflərin ailə üzvü olması haqqında sənəd təqdim olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.