İQTİSADİYYAT


“Aviation Wire”: Bakıdan Yaponiyaya növbəti birbaşa reys açılacaq

Tokio, 7 dekabr, AZƏRTAC

Yaponiyanın “Aviation Wire” saytının yaydığı məlumata görə, dekabrın 29-dan başlayaraq Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti Yaponiyanın Kansay aeroportuna yük təyyarələrinin birbaşa uçuşunu təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, həftədə bir dəfə, cümə günlərində reallaşacaq reyslər Bakıdan Osakaya uçacaq.

Məlumatda qeyd edilir ki, İpək yolunun üzərində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında yükdaşımalarında mühüm rol oynayan strateji əhəmiyyətli nəqliyyat qovşağıdır. Bakıdan Osakaya 7L608 reysini həyata keçirəcək təyyarə səhər saat 5:00-da havaya qalxacaq və yerli vaxtla saat 19:00-da Osaka aeroportuna enəcək. Reysi həyata keçirmək üçün şirkətə məxsus 113 ton yükgötürmə qabiliyyətinə malik “Boeing 747-400” və ya 134 ton yükgötürmə qabiliyyətinə malik “Boeing 747-8F” təyyarələrindən istifadə ediləcək.

Əlavə olaraq bildirilir ki, Azərbaycandan Yaponiyanın Komatsu aeroportuna artıq iki ildir ki, birbaşa yük təyyarələri uçur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.