CƏMİYYƏT


Avqustun 2-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 195 doza vaksin vurulub

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 195 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 213, üç və daha çox doza vaksinlərin sayı 1368, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 237-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 820 min 206, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 367 min 154, ikinci mərhələ üzrə 4 milyon 858 min 103, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 340 min 156, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 254 min 793-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.