İDMAN


Avropa Gənclər Yay Olimpiya Festivalından əvvəl RF yığması üçün antidopinq seminarı keçirilib

Bakı, 19 iyul, AZƏRTAC

Avropa Gənclər Yay Olimpiya Festivalına yollanan Rusiya yığmasının idmançıları üçün keçirilən antidopinq seminarı “Ozero Kruqloye” bazasında, komandaların rəsmi yolasalma mərasimindən əvvəl təşkil olunub.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-dən 27-dək Bakıda keçiriləcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Antidopinq Agentliyinin (RUSADA) təhsil üzrə mütəxəssisi idmançılar qarşısında çıxış edib.

“Biz ənənəvi olaraq, belə səviyyəli yarışlara yolasalma mərasimləri keçiririk, son vaxtlar isə xüsusi olaraq yığmanın üzvləri üçün antidopinq seminarları təşkil edirik. Çünki hər bir yarışın öz xüsusiyyəti var”, - deyə Rusiya Olimpiya Komitəsinin mətbuat katibi Konstantin Vıbornov deyib.

Təntənəli mərasimdə Rusiya Olimpiya Komitəsinin baş katibi, sinxron üzgüçülük üzrə beşqat Olimpiya çempionu Anastasiya Davıdova və digər rəsmi şəxslər iştirak ediblər.

Festivalda 50 ölkədən olan 14-18 yaşarası idmançılar iştirak edəcəklər. Bakı festivalında idman gimnastikası, yüngül atletika, velosiped idmanı, üzgüçülük, basketbol, həndbol, cüdo, tennis, voleybol və güləş idman növləri təqdim olunacaq. Yüngül atletika üzrə yarışlar Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.