DÜNYA


Avropa İttifaqında yaşlı əhalinin yarıdan çoxu tam vaksinasiya edilib

Bakı, 13 iyul, AZƏRTAC

Avropa İttifaqı ölkələrində yetkinlik yaşına çatan əhalinin yarıdan çoxu tam vaksinasiya olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün tviter səhifəsində yazıb.

“Avropa İttifaqının yetkinlik yaşına çatan əhalisinin yarıdan çoxu artıq tam vaksinasiyadan keçib! Koronavirus variantlarından yayınmaq və yeni infeksiya dalğasının qarşısını almaq üçün peyvənd olunmaq vacibdir. Avropa İttifaqında yaşlı insanların 70 faizinin vaksinasiyası üçün yetərincə doza var. Gəlin bunu edək”, - deyə Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən etibarən Avropa İttifaqı ölkələrində vaksinasiya kampaniyası xeyli sürətlənib.

Qeyd edək ki, bir müddət öncə Avropa Komissiyası iyul ayında yetkinlik yaşına çatan insanların 70 faizinin vaksinasiyadan keçməsi üçün kifayət qədər peyvənd istehsalına nail olmaq hədəfini qarşıya məqsəd qoyduğunu elan etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.