İQTİSADİYYAT
Avropa və Şimali Amerika bazarlarına qida məhsullarının ixracında tələblər mövzusunda təlim keçiriləcək
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 30-da “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və USAID Azərbaycanın birgə təşkilatçılığı ilə özəl sektorun inkişafı layihəsi çərçivəsində “Avropa və Şimali Amerika bazarlarına qida məhsullarının ixracında müasir tələblər” mövzusunda maarifləndirici təlim keçiriləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təlim çərçivəsində ixracatçıların Avropa və Şimali Amerika bazarlarına ixrac zamanı tələb edilən keyfiyyət göstəriciləri haqqında ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ixracatçıların qərb bazarlarında keyfiyyət üstünlüyünə malik olması ilə əlaqədar silsilə təlimlər həyata keçirəcək.