DÜNYA


Avropada kriptovalyutalara ən az maraq Avstriyada mövcuddur

Vyana, 15 avqust, AZƏRTAC

Bir neçə il bundan əvvəl kriptovalyutalar ilə bağlı yaranan əhval-ruhiyyə, tez varlanmaq həvəsi getdikcə azalmaqdadır. Avropanın bir sıra ölkələrində əhali rəqəmsal valyutadansa, ənənəvi maliyyə vasitələrinə daha çox üstünlük verirlər.

AZƏRTAC xəbər verir ki, Avropa ölkələri içərisində kriptovalyutaya qarşı ən yüksək etimadsızlıq Avstriyada mövcuddur. “ING DiBa” bankının apardığı araşdırma nəticəsində, sorğuda iştirak edən ölkə əhalisinin 13 faizi kriptovalyutalara müsbət yanaşdığını bildirib. Bununla da Avstriya Avropa ölkələri içərisində sonuncu yerdə qərarlaşıb. Rəqəmsal pula skeptik yanaşanlar sırasında sonrakı yerlərdə Lüksemburq və Niderland Krallığı (hər birində 15 faiz), Almaniya (20 faiz) və Böyük Britaniya (24 faiz) dayanır. Bu ölkələrdə rəyi soruşulanlar qeyri-sabit kursa malik bitkoin və digər rəqəmsal pullardansa, mühafizəkar maliyyə imkanlarına üstünlük veriblər.

Bununla belə, siyahıda kriptovalyutaya müsbət münasibət olan ölkələr də var. Polşa (43 faiz), Rumıniya (44 faiz) və Türkiyədə (62 faiz) rəyi soruşulanların təxminən yarısı virtual valyutaya müsbət yanaşdığını və maaşını bu valyuta ilə almağa hazır olduğunu ifadə edib.

Qeyd edək ki, ötən il Avstriyada respondentlərin 20 faizi rəqəmsal valyutaya müsbət yanaşdığını bildirmişdi. Hazırkı göstərici isə bu ölkədə marağın ilbəil aşağı düşdüyünü göstərir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.