DÜNYA
Avstriya Afrikanın cənub ölkələrindən səyahətləri qadağan edir
Vyana, 26 noyabr, AZƏRTAC
Avstriya Afrikada meydana çıxan koronavirusun yeni variantı (B.1.1.529) ilə əlaqədar qitənin cənub ölkələrindən səyahətləri qadağan edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avstriya Səhiyyə Nazirliyi yayıb. Məlumata görə, ölkəyə səfər qaydalarında müvafiq dəyişiklik ediləcək və Lesoto, Botsvana, Mozambik, Svazilend, Zimbabve, Namibiya kimi ölkələrdən uçuşlar qadağan olunacaq. Həmin ölkələrdəki Avstriya vətəndaşlarının vətənə dönüşündən sonra 10 günlük karantində qalması tələb olunur.
Nazirlikdən bildirilib ki, həmin yeddi ölkədən səyahət və təyyarələrin Avstriya hava limanlarına eniş qadağası noyabrın 27-dən qüvvəyə minəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]