DÜNYA


Avstriya dörd rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Avstriya dörd rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib

Bakı, 2 fevral, AZƏRTAC

Avstriyada akkreditə olunan dörd rusiyalı diplomat arzuolunmaz şəxs elan edilib.

AZƏRTAC xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyinin tviter hesabında dərc olunan bəyanata əsasən, onlar diplomat statusu ilə bir araya sığmayan fəaliyyətə görə “persona non grata” elan olunublar.

Məsələ ilə bağlı heç bir təfərrüat açıqlamayan Avstriya XİN həmin diplomatların fevralın 8-dək ölkəni tərk etməli olduqlarını bildirib.

Xatırladaq ki, 2022-ci il aprelin 7-də Avstriya hakimiyyəti diplomatik statusa uyğun olmayan fəaliyyətlərinə görə Rusiyanın Vyanadakı səfirliyinin üç, Zalsburq şəhərindəki baş konsulluğunun bir əməkdaşını ölkədən çıxarmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.