DÜNYA
“AvtoVAZ” 33 minədək avtomobili geri çağırır
Moskva, 20 may, AZƏRTAC
Rusiyanın “AvtoVAZ” şirkəti əyləcində nasazlıq olan 33 minədək avtomobili geri çağırır.
AZƏRTAC xəbər verir ki, “AvtoVAZ” əyləcin vakuum gücləndiricisinin korpusunda nasazlıq olan 32 min 892 “Lada Largus” avtomobilini geri çağırır. Bu modelin 2017-ci ilin noyabrından sonra istehsal olunmuş avtomobillərin əyləcinin vakuum gücləndiricisinin korpusunda nasazlıq olduğu ehtimal edilir.
Rusiya Federal Texniki Tənzimləmə və Metrologiya Agentliyinin məlumatına görə, geri çağırılan avtomobillərdə vakuum gücləndiricisinin istehsal müddəti yoxlanılacaq və ehtiyac yaranarsa, həmin hissə yenisi ilə əvəz olunacaq. Təmir işləri avtomobil sahibləri üçün pulsuz həyata keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]