CƏMİYYƏT


Aygün Əliyeva: Türkiyə QHT-lərinin təcrübəsinin öyrənilməsi böyük əhəmiyyətə malikdir VİDEO

Ankara, 29 yanvar, AZƏRTAC

Azərbaycan və Türkiyənin bütün sahələrdə səmərəli əməkdaşlığına uyğun olaraq Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi yaranandan sonra ilk beynəlxalq təcrübənin öyrənilməsinə məhz Türkiyədən başladıq. Nümayəndə heyətimiz səfər çərçivəsində Agentliyin fəaliyyəti ilə eyni funksiya daşıyan qurumların işi ilə tanış oldu, bir sıra görüşlər keçirdi, səmərəli müzakirələr aparıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi icraçı direktoru Aygün Əliyeva ifadə edib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla keçirilən görüşdə konkret olaraq görüləcək işlərin, eləcə də QHT-lərə dair vahid platformanın yaradılması barədə səmərəli fikir mübadiləsinin aparıldığını diqqətə çatdıran A.Əliyeva əminliklə deyib ki, Türkiyədə QHT-lərin iş təcrübəsinin öyrənilməsi və icra olunan layihələr barədə məlumatların əldə olunması böyük əhəmiyyətə malikdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.