İDMAN


Aykido üzrə respublika seminarında xarici ölkələrdən də idmançı və məşqçilər iştirak edirlər

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Aykido Federasiyasının (AAF) prezidenti Fərhad Ələsgərovun rəhbərliyi ilə respublika seminarı keçirilir.

AAF-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Aykido Mərkəzində keçirilən seminara respublikanın bir çox bölgələrindən, o cümlədən Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkəran və Astaradan 150 idmançı və məşqçi qatılıb. Seminarda Azərbaycanla yanaşı, Çexiya, Rusiya, İraq və İrandan olan idmançı və məşqçilər də iştirak ediblər.

Seminarda Aykido barədə məlumat verən Fərhad Ələsgərov ölkəmizdə bu idman növünün inkişafından danışıb. O, Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək deyib ki, ölkəmizdə idman gündən-günə inkişaf edir, idmançılarımız beynəlxalq arenalarda böyük nailiyyətlər qazanırlar. Həmçinin ölkəmiz dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir.

Qeyd edək ki, seminar aprelin 14-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.