ELM VƏ TƏHSİL


Azİİ Elektron Kitab Evinin EBSCO HOST akademik informasiya bazasından istifadə imkanları genişləndirilib

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinin EBSCO HOST akademik informasiya bazasından istifadə imkanları genişləndirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun xətti ilə ADNSU-nun professor-müəllim və tələbə heyəti Azİİ Elektron Kitab Evinin oxucuları üçün illik abunə olduğu EBSCO HOST elektron platformasının resurslarından istifadə edir. Platforma ali məktəb kitabxanaları üzrə nəzərdə tutulmuş konkret sahələrə aid məlumatlardan ibarətdir. Ali məktəb kitabxanaları üçün onlayn istinad sistemi olan EBSCO HOST akademik informasiya bazasında Azİİ Elektron Kitab Evinin abunə olduğu paketə daxil olan jurnallar və başlıqların siyahısı ADNSU-nun rəsmi saytında yer almış məlumatda linklər şəklində göstərilib. Eyni zamanda, oxucular həmin bazada maraqlandıqları hər hansı bir jurnal, məqalə, yaxud kitabı [email protected]  ünvanına müraciət əsasında əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.