İQTİSADİYYAT
Azərbaycan Banklar Assosiasiyası bəyanat yayıb
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkə rəhbərliyi tərəfindən Azərbaycanda əhalinin sağlamlığının qorunmasının prioritet vəzifə elan edilməsini, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq davamlı yenilənən qərarlarını rəhbər tutaraq, bankların filial və şöbələrində vətəndaşlarla fiziki təmasın minimallaşdırılması zərurətini nəzərə alaraq bəyanatla çıxış edib.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, ABA-nın Rəyasət Heyətinin qərarına əsasən, istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddəti bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılır. İstifadə müddətinin uzadılması birtərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac qalmayacaq.