Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan Beynəlxalq Ədalətli Oyunlar Hərəkatında yüksək fəaliyyəti ilə seçilir

Bakı, 13 aprel, AZƏRTAC

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda idmanın qısa müddətdə sürətli inkişafı bilavasitə bu sahənin inkişafına göstərilən dövlət qayğısı ilə bağlıdır. İdmançılarımız dünyanın ən mötəbər yarışlarında yüksək nailiyyətlər qazanırlar. Bu uğurların nəticəsidir ki, son dövrlərdə beynəlxalq qurumlar tərəfindən ölkəmizə yüksək səviyyəli etimad göstərilir, Azərbaycan nümayəndələri beynəlxalq qurumların rəhbər heyətlərində layiqincə təmsil olunurlar. Ötən il Budapeştdə keçirilən Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclasında BƏOK Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin Bakıda yaradılması qərara alınıb, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev mərkəzə prezident təyin olunub. Bu günlərdə Budapeştdə keçirilən BƏOK-un İcraiyyə Komitəsinin iclasında Xəzər İsayev qurumun icraiyyə komitəsinin üzvü seçilib, RƏOİM-un strukturu və Əsasnaməsi təsdiq olunub, loqosunun təqdimat mərasimi keçirilib.

Mərkəzin prezidenti və MOK-un vitse-prezidenti Xəzər İsayev AZƏRTAC-ın müxbirinə RƏOİM-un fəaliyyəti ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.

- Xəzər müəllim, ilk növbədə, sizi BƏOK İcraiyyə Komitəsinə üzv seçilməyiniz münasibətilə təbrik edirəm. Sözsüz ki, beynəlxalq qurum tərəfindən ölkəmizə göstərilən etimad AzƏOK ilə uğurlu əməkdaşlığın nəticəsidir.

- Təbrikə görə çox sağ olun. İlk növbədə qeyd edim ki, AzƏOK son illər uğurlu işlərə imza atır. Bildiyiniz kimi, AzƏOK cənab İlham Əliyevin 1997-ci ildə MOK-un prezidenti seçilməsindən sonra yaradılıb. MOK-un prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat 1998-ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) üzvü olub. Həmin vaxt ardıcıl iki il təşkilatın tədbirində ölkəmizi Olimpiya çempionu Rəfiqə Şabanova, sonrakı il Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil etmişdi. 2000-ci ildən Azərbaycan Ədalətli Oyunlar Komissiyasının rəhbəri olaraq ölkəmizi qitə və dünya Ədalətli Oyunlar təşkilatlarının tədbirlərində təmsil edirəm. Biz Avropa və Beynəlxalq Ədalətli Oyunlar təşkilatları ilə sıx əməkdaşlıq edirik. Hər tədbirdə çalışırıq ki, ölkəmizin nüfuzunu, respublikamızda idmana göstərilən diqqət və qayğını təbliğ edək. Avropa və Beynəlxalq Ədalətli Oyunlar təşkilatlarının rəhbərləri dövlətimizin başçısı İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz xüsusi mükafatlarını təqdim ediblər. Beynəlxalq qurumların ölkəmizdə tədbirləri yüksək səviyyədə təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə Ədalətli Oyunlar Hərəkatının inkişafını həmişə diqqət mərkəzində saxlayır və bu sahənin inkişafına yeni imkanlar açır.

- Bu yaxınlarda BƏOK-un Macarıstanda keçirilən İcraiyyə Komitəsinin iclasında iştirak etmisiniz. Səfəriniz barədə məlumat verməyinizi xahiş edirəm.

- Məlumat üçün bildirim ki, Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı 1963-cü ildə yaradılıb. Bu hərəkat İkinci Dünya müharibəsindən öncə də fəaliyyət göstərib. Ancaq müharibə vaxtı və ondan sonra hərəkat bir müddət fəaliyyətinə ara verib. BƏOK ədalətli oyunlar hərəkatını bütün dünyada təbliğ etməklə yanaşı, 1963-cü ildən indiyədək müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir. Dörd nominasiya üzrə verilən bu mükafatlar tanınmış idmançılara, idman xadimlərinə, rəsmi şəxslərə, KİV nümayəndələrinə bu sahədə fərqlənən insanlara təqdim olunur. Bunlar “Pyer-de-Kuberten”, “Jak Roqq”, “Con Barotra” və “Villi Daum” mükafatlarıdır. Macarıstanda keçirilən İcraiyyə Komitəsinin iclasında 2018-ci ilin mükafatçılarının seçimi, Bakıda fəaliyyət göstərən Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin gələcək fəaliyyəti barədə müzakirələr aparıldı. Mərkəzin strukturu ilə bağlı fikir mübadiləsi aparıldı və qurumun Əsasnaməsi təsdiq olundu.

- Qeyd etdiniz ki, iclasda BƏOK mükafatlarının qalibləri müəyyənləşdi. Azərbaycan bu mükafatlara namizədliyini irəli sürmüşdümü?

- Qeyd edim ki, bu nominasiyalar üzrə mükafatları almaq üçün müxtəlif ölkələrdən 40-dan çox namizəd irəli sürülmüşdü. AzƏOK tərəfindən gənclər və idman naziri Azad Rəhimovun namizədliyi irəli sürülmüşdü. İcraiyyə Komitəsi üzvlərinin qərarına əsasən, gənclər və idman naziri Azad Rəhimova Con Borota mükafatının verilməsi qərara alınıb. Bu, Azərbaycan dövlətinə, ölkə idmanına, Olimpiya və Ədalətli Oyunlar hərəkatlarına verilən diqqətin nümunəsidir. Bütün bunlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına imkan yaradır. Mən də mərkəz rəhbəri kimi BƏOK İcraiyyə Komitəsinə üzv seçildim. BƏOK-un Əsasnaməsinə düzəliş edildi və üzvlüyə yeni iki nəfər əlavə olundu. Hər bir işin arxasında ədalət dayandığı üçün ölkəmizdə bu prinsiplərə sadiqlik idmanın inkişafına töhfələr verir. Qeyd edim ki, BƏOK tərəfindən mükafatlar öz sahiblərinə sentyabrda keçiriləcək qala-mərasimdə təqdim ediləcək. Qala-mərasimin “Şəhər Oyunları” çərçivəsində Budapeştdə keçirilməsi nəzərdə tutulur.

- BƏOK tərəfindən RƏOİM-in fəaliyyəti ilə bağlı hansı qərarlar qəbul olundu?

- Qeyd etdiyim kimi, artıq Mərkəzin Əsasnaməsi və strukturu təsdiqlənib. BƏOK İcraiyyə Komitəsindən bir mütəxəssisin Mərkəzin vitse-prezidenti təyin olunması barədə qərar qəbul edilib. Biz illik fəaliyyətimiz barədə hər il məruzə təqdim etməliyik. Məruzənin şəffaf və obyektiv olması üçün bu addımı atdıq. Biz Mərkəzə Ədalətli Oyunlar Hərəkatının inkişafına xidmət göstərən insanları toplamaq istəyirik. Türkiyənin Ədalətli Oyunlar Komissiyasının sədri, Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Erdoğan Erpınar və BƏOK-un vitse-prezidenti rusiyalı Nikolay Dalqopolovun Mərkəzə vitse-prezident təyin olunması barədə qərar qəbul etmişik. Digər vitse-prezident isə Azərbaycandan seçiləcək. Qurumun baş katibi latviyalı Bayba Veisa olacaq. Mərkəzin inkişafı üçün xüsusi proqram hazırlanacaq və bu istiqamətdə addımlar atılacaq.

- Bildiyimizə görə, Mərkəzə daha yeni iki ölkə üzv daxil edilib.

- Mərkəzdə 13 ölkə təmsil olunacaq. Bura Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İran, Türkmənistan, Tacikistan, Monqolustan, Səudiyyə Ərəbistanı və Qətər daxildir. Ötən il BƏOK-un və Beynəlxalq Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda qala-gecə təşkil olunmuşdu. Dəvətimiz əsasında Mərkəzə üzv bir neçə ölkədən nümayəndə mötəbər tədbirə qatılmışdı. Mərkəz tam olaraq fəaliyyətə başladıqdan sonra bütün üzv ölkələrin iştirakı ilə hər ilin sentyabr-oktyabr aylarında Bakıda konqres və Baş Assambleyanın təşkili nəzərdə tutulub. Mərkəzə üzv dövlətlərin sayı arta bilər. Bəzi Asiya ölkələri, o cümlədən Koreya Respublikası, Yaponiya və digərləri ilə əlaqə yarada bilməmişik. Əfqanıstanın da üzvlüyü gündəmdədir. Ümumiyyətlə, Mərkəz Avrasiya regionunu əhatə edəcək.

- Maraqlıdır, Mərkəzin təsdiq olunan yeni loqosu özündə nələri əks etdirir?

- Artıq Mərkəzin loqosu hazırlanıb. BƏOK-un loqosunun rəngləri olan narıncı və qırmızı rənglərdən istifadə edilib. Yeni loqo Azərbaycanın milli xalça ornamentlərini və Qobustandakı qayaüstü rəsmlərin ornamentlərini əks etdirir. Xalça kombinasiyasındakı elementlər və UNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlər ədalət simvolu ilə eleqant şəkildə birləşdirilib. Loqo Azərbaycanın tarixi irsini simvolizə edir və mədəniyyətini özündə birləşdirir. Loqonun müəllifi azərbaycanlı Orxan Qocadır. Həmin şəxs keçən il təqdimatı keçirilən AzƏOK-un yeni loqosunu da tərtib edib.

- Yeni yaradılmış Mərkəz tərəfindən hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

- Bir müddət sonra Mərkəzə üzv ölkələrin nümayəndələrinin Azərbaycana dəvəti nəzərdə tutulub. Səfər çərçivəsində onlarla Mərkəzin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq. Mərkəz tərəfindən tədbirlərin təşkili ilə yanaşı, bu sahədə fərqlənən şəxslərin mükafatlandırılması da nəzərdə tutulur. Bilirsiniz ki, idman həmişə ədalətli oyunlar prinsipi ilə sıx əlaqədədir. Bura idman tədbirləri və yarışları da daxildir. BƏOK gələcəkdə irimiqyaslı yarışlar zamanı idmançılarla, yanaşı jurnalistlərin də mükafatlandırmasını istəyir və bu istiqamətdə müzakirələr aparılır. Bu prinsip təkcə idmanı deyil, bütün sahələri əhatə etməlidir. Ölkəmizdə təşkil edilən ilk Avropa Oyunları zamanı bir neçə ədalət prinsiplərinə sadiqlik nümunəsinin şahidi olduq. Həmin idmançı və könüllünün yarış ərəfəsində mükafatlandırılmasından son dərəcə məmnunluq duyardıq. Ancaq beynəlxalq qurum həmin belaruslu samboçuya mükafatı sonradan təqdim etdi. Ədalət prinsipinə sadiq insanların təkcə idmanda deyil, həyatda və təhsildə də fərqləndirilməsi nəzərdə tutulur.

- AzƏOK bu il hansı tədbirləri təşkil etməyi planlaşdırır?

- Azərbaycan Ədalətli Oyunlar Komissiyası Beynəlxalq və Avropa Ədalətli Oyunlar hərəkatları ilə sıx əməkdaşlıq edir. İki təşkilatın ölkəmizdə dörd dəfə mötəbər tədbiri yüksək səviyyədə təşkil olunub. Azərbaycan beynəlxalq Ədalətli Oyunlar Hərəkatında yüksək fəaliyyəti ilə seçilir. Bundan sonra birgə tədbirlərimizin sayı daha çox olacaq. AzƏOK-un yeni proqramı hazırlanır. Bu prinsiplərin təbliği istiqamətdə regionlarda görüşlər təşkil olunacaq. Biz bu dəyərləri adi insanlara, məktəblilərə və gənclərə çatdırmaq istəyirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm