İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Bankı “R@ndevu” xidmətini təqdim etmişdir
Bakı, 6 avqust (AZƏRTAC). Azərbaycan Beynəlxalq Bankı (ABB) Bakı və Gəncə şəhərlərindəki müştərilərinə “R@ndevu” sürətli xidmətini təklif edir.
Bankdan AZƏRTAC-a bildirilmişdir ki, müştərilər banka gəlməmişdən bir gün əvvəl xidmət aldıqları filialda görüş təyin edə biləcəklər. Müəyyən edilmiş vaxt bankın filialına gələn müştərilərə növbəsiz xidmət təqdim olunacaqlar.
Yeni xidmətdən istifadə etmək üçün ABB-nin Məlumat Mərkəzinə (437 7900 və ya *2265 nömrələri ilə) zəng vurub və ya bankın internet səhifəsinə daxil olub görüşün vaxtını, istənilən xidməti və öz əlaqə məlumatlarını bildirmək kifayətdir.
İlin sonunadək sistemin həm də regionlarda tətbiqi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]