ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutu Türkiyədə beynəlxalq simpoziumda təmsil olunub

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova Türkiyənin İsparta şəhərində “Orta Anadolu və Aralıq dənizi bəyliklərinin tarixi və mədəniyyəti: Həmidoğulları bəyliyi” adlı beynəlxalq simpoziumda iştirak edib.

Türk Tarix Qurumu, Süleyman Dəmirəl Universiteti və Nəcməddin Ərbakan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziuma 6 ölkədən 60-a yaxın məruzəçi qatılıb. Tədbirdə türk-İslam tarixinin mühüm dövrlərindən olan Həmidoğulları bəyliyinin siyasi və mədəni tarixinə dair müxtəlif məruzələr dinlənilib.

Dosent Elnurə Əzizova “XIV əsr müsəlman səyyah və coğrafiyaçılarının əsərlərində Anadolu bəyliklərinin sosial və iqtisadi həyatı Həmidoğulları bəyliyi nümunəsində” adlı məruzə ilə çıxış edib. Məruzədə səyyah Faslı ibn Battutanın, Məmlük tarixçisi və coğrafiyaçı ibn Fəzlullah əl-Ömərinin, Şihabüddin Əhməd ibn Əli əl-Qəlqəşəndinin, Eyyubi dövlət xadimi, tarixçi və coğrafiyaçı Əbül-Fidanın əsərlərinə istinadla Anadolu bəylikləri, xüsusilə Həmidoğulları bəyliyində iqtisadi və ictimai həyat, siyasi idarəetmə, sosial qruplar arasında münasibətlər, türk qadınının cəmiyyətdəki rolu, adət-ənənələr haqqında geniş məlumat yer alıb.

Elnurə Əzizova respublikada və xaricdə 20-dək elmi konfransda məruzələrlə çıxış edib. Onun 2011 və 2018-ci illərdə İstanbulda İSAM nəşriyyatında “Hz. Peyğəmbər dönəmində çalışma həyatı və məsləklər” adlı əsəri nəşr olunub. 2009-cu ildə doktorantura üzrə elmi işi İstanbulda ən yaxşı “Hədis və siyər doktorantura dissertasiyası” mükafatına layiq görülüb. Elnurə Əzizova respublika və xaricdə nəşr olunmuş 6 kitabın həmmüəllifi, 30-dək məqalənin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.