ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi uğurla davam edir

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) dərslərin məsafədən keçirilməsi uğurla davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Aİİ-də təhsilin bütün pillələrində təhsilalanlar üçün dərslər sillabuslara və dərs cədvəllərinə uyğun olaraq, Təhsil Nazirliyinin tövsiyəsi ilə onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən keçirilir. Tədris prosesi zamanı tələbələrin qiymətləndirilməsi, müəllim-tələbə müzakirəsinin aparılması, mühazirə, eləcə də digər materialların ötürülməsi və başqa məsələlərlə bağlı Aİİ-nin müvafiq şöbələri qarşılıqlı şəkildə fəaliyyət göstərir. Dərslərin məsafədən təşkili zamanı rəhbər heyət müntəzəm olaraq tələbələrlə onlayn görüşlər keçirir, onların problemlərini dinləyir, təklif və şikayətlərinin yerindəcə həll olunması üçün tapşırıqlar verir.

Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunda 2020/2021-ci tədris ili üçün qış semestri imtahanlarına hazırlıq prosesinə başlanılıb. Yaxın günlərdə imtahanların keçirilməsi ilə bağlı Elmi Şuranın qərarı tələbələrə açıqlanacaq.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir. Baş nazir Əli Əsədovun Qərara etdiyi dəyişikliyə əsasən, Azərbaycan Respublikasında distant tədris prosesinin müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.