ELM VƏ TƏHSİL
Azərbaycan Maliyyə-İqtisad Kollecində qiyabi dərslər başlayıb
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci üzrə qiyabi şöbədə tədris prosesi distant (məsafədən) formada, onlayn rejimdə təşkil edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, birinci tədris həftəsi üzrə tələbələrin dərsə davamiyyəti I kurslarda 64-83 faiz, II kurslarda 74-100 faiz təşkil edib. Mühasibat uçotu ixtisası üzrə II kursda davamiyyət 100 faiz olub. Dərslər cədvələ uyğun keçirilir, tələblərin davamiyyəti gündəlik yoxlanılır, mühazirə və seminar dərsləri proqrama əsasən aparılır. Kollecdə tədris prosesinin distant təşkili təhsil münasibətlərinin yeni formatda inkişafına istiqamətlənib.