SİYASƏT


Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir

Bakı, 17 avqust, AZƏRTAC 

Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil. Bu, düşmənin növbəti yalanı və təxribatıdır.

Bunu Azərbaycan Ordusunun bölmələrinin guya əməliyyat keçirməsi barədə Ermənistan mətbuatında alan xəbərlərlə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumat işğalçı ordunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.