Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Polisi: Anda sədaqət nümunəsi

Azərbaycan Polisi: Anda sədaqət nümunəsi

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan polisinin bir əsri geridə qoyan fəaliyyət salnaməsi dövlətin və xalqın mürəkkəb, təlatümlü, eyni zamanda, şərəfli və qürurlu tarixinin tərkib hissəsidir. Ona görə də daxili işlər orqanlarının fəaliyyətinə yalnız Konstitusiya normaları və qanunlarla üzərinə düşən vəzifələrin icrasına görə qiymətləndirməklə yox, həm də müxtəlif zamanlarda ölkədə gedən ictimai-siyasi prosesləri, dövlət sistemi dəyişikliklərini, müasir dövrdə isə Qarabağ müharibəsi kimi ağrılı bir amili nəzərə almaqla doğru qiymət vermək olar. Bu qeydlər 102 yaşlı Azərbaycan polisinin fəaliyyətinə məhz həmin baxış bucağından bir yanaşmadır.

Bu fikirlər tanınmış jurnalist Səyyad Ağbabalının 2 iyul – Azərbaycan Polisi Gününə həsr etdiyi “Azərbaycan Polisi: Anda sədaqət nümunəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Tarixi məxəzlər təsdiq edir ki, Azərbaycanda ilk uyezd polis idarələrinin əsası 1840-cı ildə qoyulub. Həmin idarələr ilk vaxtlar Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba, Şuşa və digər bölgələrdə fəaliyyət göstərməklə tədricən ölkə ərazisini bütövlükdə əhatə edib. Bu dövr 1918-ci ilin aprelində sona çatıb. Azərbaycan xalqının qatı düşməni, daşnak Şaumyanın rəhbərliyi ilə qurulan bolşevik Xalq Komissarları Soveti yanında Daxili İşlər Komissarlığı da təsis edilib. Bolşevik Alyoşa Çaparidze onun rəisi olub.

1918-ci il iyulun 2-də ölkənin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş Naziri Fətəli xan Xoyski həm də Daxili İşlər naziri vəzifəsini icra edib. Cümhuriyyət dövründə bu vəzifənin icrası daha beş nəfərə həvalə olunub.

Sovet Azərbaycanı dönəmində bu vəzifəyə 15, Azərbaycanın müstəqilliyinin bərpasından sonra isə 7 nəfər təyin edilib.

Azərbaycan daxili işlər orqanlarının taleyinin ən təlatümlü dövrlərindən biri 1920-1940-cı illərdir. Bu illər ərzində milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olub. 1937-1939-cu illərdə isə onun yalnız rəhbər heyətindən 320 nəfər repressiyalara məruz qalıb.

Böyük Vətən müharibəsində isə 800 nəfərə yaxın milis əməkdaşı cəbhəyə yollanıb və yarısından çoxu geri qayıtmayıb. Beş nəfər milis əməkdaşı isə müharibədən Sovet İttifaqı Qəhrəmanı kimi dönüb.

1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçilən ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində, o cümlədən də Daxili İşlər Nazirliyində dərin islahatlar həyata keçirməyə və dəyişikliklər etməyə başlayıb. Bu xüsusda Ümummilli Lider özü belə deyirdi: “O vaxt Daxili İşlər Nazirliyi və onun rəhbərliyi əhali arasında hörmətini itirmişdi, alınan şikayətlər həddindən çox idi və mən Daxili İşlər Nazirliyinin rəhbərliyində ciddi dəyişikliklər etmək zəruriyyətində idim”.

Ulu Öndərin hakimiyyətə gəlişindən sonra respublikanın ictimai-siyasi və mədəni həyatında kök salmış neqativ hallara, cinayətkarlığa qarşı kəskin mübarizə başladı. Bütövlükdə hüquq-mühafizə orqanlarında çalışan kadrların seçilib yerləşdirilməsi, onların milli ruhda, vətənə, xalqa sədaqət ruhunda tərbiyə edilməsi işi xüsusi nəzarətə götürüldü. Görülən işlər müsbət nəticələrini verdi. Dövlətin mühüm strukturlarından biri kimi Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan polisi vaxtılə onun fəaliyyətinə vurulmuş ləkələrdən tamamilə təmizləndi.

1988-ci ilin fevralından başlayaraq Ermənistan SSRİ-nin prezidenti Mixail Qorbaçovun birbaşa dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiası etməyə və açıq təcavüzə başladı. Torpaqlarımızın müdafiəsinə, vətəndaşların təhlükəsizliyinin qorunmasının, erməni-daşnak separatçı qüvvələrə qarşı mübarizənin önündə məhz Azərbaycan polisi dururdu. Birinci Qarabağ müharibəsində 500-dən çox polis əməkdaşı şəhid olub, sıravi və zabit heyətindən isə 1710-dan çox adam yaralanıb. Vətən qarşısında misilsiz xidmətlərinə görə 65 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Bu statistik rəqəmlərin arxasında Azərbaycan polisinin qəhrəmanlığı, şücaəti, ölüm təhlükəsi ilə üzləşən insanların köməyinə, həyatını düşünmədən riskə atan vətən oğullarının qeyrəti durur.

1988-1993-cü illərdə ölkədə yaranan ağır hərbi siyasi böhran, hərc-mərclik, hakimiyyətin tamamilə deqradasiyaya uğraması, qanunsuz silahlı birləşmələrin meydan sulaması, polisin siyasi mübarizəyə cəlb edilməsi və digər mənfi hallar Azərbaycan daxili işlər orqanlarını tamamilə fəlakətli bir vəziyyətə saldı. Təkcə bir faktı qeyd edək, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə respublikada rekord sayda - 22 min 440 cinayət hadisəsi törədilib. Həmin müddətdə cəmi 382 nəfərlə bağlı 249 cinayət işi məhkəmələrə göndərilib. Azərbaycanın müstəqil bir dövlət kimi varlığının bütövlükdə sual altına düşdüyü belə bir vəziyyətdə xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Əbədiyaşar liderin hakimiyyətə qayıtdığı gün – 1993-cü il iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi həkk edildi. Hüquq-mühafizə orqanları ilə iş sahəsində də yenilməz biliyə və xüsusi təşkilatçılıq qabiliyyətinə malik olan Ümummilli Liderin rəhbərliyi ilə bütövlükdə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının fəaliyyətinin yenidən qurulması üçün olduqca təsirli tədbirlər görüldü, ciddi islahatlar aparıldı, məhv edilmiş peşəkar özəyin bərpası üçün ən təsirli addımlar atıldı. Nəticədə 1993-2003-cü illərdə ölkəmizdə cinayətlərin sayı bütövlükdə 33 faiz azaldı. Həmin dövrdə 34 mindən çox cinayətkarı birləşdirən on minə yaxın cinayətkar qrup zərərsizləşdirildi. Son 15 ildə isə törədilən cinayətlərin təxminən 88 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12 faizi ağır cinayətlərdir. Bütün bunlar ona görə mümkün olub ki, Ulu Öndərin siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycan Daxili İşlər Nazirliyinin və onun strukturlarının fəaliyyətini daim diqqətdə saxlayır, daxili işlər orqanlarının fəaliyyətinin yenilənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirir. Məhz bu diqqət və qayğının sayəsində indi Azərbaycan polisi beynəlxalq nüfuza malik, təcrübəsi öyrənilən, fəaliyyətindən nümunələr götürülən güc strukturu və anda sədaqət nümunəsidir. İndi Azərbaycan “polisə etibarlılıq indikatoru” üzrə 150 dövlət arasında 54-cü sırada yer alır. Daxili işlər orqanlarında aparılan institusional islahatlar daha da dərinləşdirilir, asayişin təmin edilməsində yeni meyarlar müəyyənləşdirilib. Bunlar hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğudur. Azərbaycan polisinin fəaliyyətinə yeni istiqamət verilməklə onun dünyagörüşündə müstəqilliyə qədər mövcud olan təsəvvürlər dəyişdirilir, yeni milli ideoloji məzmunla zənginləşdirilir.

İndi dünya nəinki 20-30 il əvvəlki, heç bir il öncəki də deyil. Koronavirus pandemiyası dünyanı ağuşuna aldığından yeni çağırışlar meydana çıxır. Bir sıra dövlət orqanları, o cümlədən də Daxili İşlər Nazirliyi və onun strukturları tamamilə yeni vəzifələri icra etməli olur. Müşahidələr göstərir ki, xüsusi karantin rejimi dövründə Daxili İşlər Nazirliyi və onun strukturları bu yeni vəzifələrin icrasına çox qısa vaxtda lazımınca uyğunlaşa bilib. İndi polis əməkdaşları demək olar ki, hər yerdədir. Bəzən onlar təcili yardım funksiyalarını icra edir, yaşlı insanlara yemək-içmək çatdırır, qaydalara uymayanları israrla, həm də səmimi formada başa salmağa çalışır, 24 saat gərgin rejimdə xidmət aparırlar. Bəli, Azərbaycan polisi milli dəyərlərə hörmətlə yanaşır.

Biz öz polisimizlə fəxr edir, qürur duyuruq. Daxili işlər orqanları və onun əməkdaşları, həmçinin nazirliyin rəhbərliyi də Azərbaycan polisi ilə qürur duyur. Polisin fəaliyyətini yüksək qiymətləndirən Prezident, Ali Baş Komandan İlham Əliyev deyib: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.

102 yaşın mübarək, Azərbaycan Polisi!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO