RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir VİDEO

Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Kolumbiya Respublikasının Xarici İşlər naziri xanım Maria Anxela Olqin Kueyarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, bu münasibətlərin siyasi, iqtisadi, mədəni, beynəlxalq əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Söhbət zamanı əlaqələrimizin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu qeyd edildi, əməkdaşlığımızın möhkəmləndirilməsində müxtəlif səviyyəli səfərlərin önəmi vurğulanaraq Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olqin Kueyarın Azərbaycana səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin