SİYASƏT


Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri yenidənqurma işlərinin sürətlə aparılacağının təsdiqidir

Bakı, 30 may, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarix yazaraq Zəfər qazandı. Beynəlxalq təşkilatların illərlə həll edə bilmədiyi problemi Azərbaycan Ordusu döyüş meydanında həll etdi. 2020-ci ilin 8 noyabr tarixi Zəfər Günü kimi Azərbaycan xalqının yaddaşına köçdü. Bütün dünya Azərbaycan xalqının, dövlətinin və ordusunun qüdrətinə valeh oldu.

Prezidentin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ruhumuzun şəhəri olan Şuşada möhtəşəm “Xarıbülbül” festivalı keçirildi. Bu festival azərbaycançılığın qüdrəti kimi izlənildi. Festivalda ölkə başçımız dedi: “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”. Bu fikirlər Azərbaycanın tolerant dövlət olduğunun bir daha təsdiqi idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri quruculuq, yenidənqurma işlərinin sürətlə aparılacağının təsdiqidir. Dövlətimizin başçısının mayın 28-də Ağdam rayonuna səfəri və məhz Respublika Günündə burada mühüm obyektlərin təməlini qoyması Azərbaycanın öz əzəli torpaqlarına sahib çıxmasının bariz nümunəsidir. Səfər zamanı ölkə başçımız diqqəti erməni vəhşiliyinə yönəldərək Ermənistanın işğal siyasətini bir daha ifşa etdi.

“Azad edilmiş ərazilərimizdə şəhərlər, kəndlər dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə, böyük tarixi şəxsiyyət Heydər Əliyevin ideyalarına böyük sədaqətlə ilə yenidən qurulacaq.

Ağdam da, Kəlbəcər də, Cəbrayıl da, Füzuli də, Zəngilan da, Qubadlı da yenidən qurulacaq və gözəlləşəcək”, - deyə Səbina Xasayeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.