MƏDƏNİYYƏT
Azərbaycan Rəngkarlıq Muzeyində gənclər üçün ustad dərsləri keçiriləcək
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 16-dan Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün “Özünü kəşf et” adlı ustad dərslərinə start verəcək.
AZƏRTAC xəbər verir ki, ilk dərs Gülarə İsrafilzadənin rəhbərliyi ilə mənzərə mövzusuna həsr ediləcək. Bundan başqa, iyunun 23-də Gülnarə Ələkbərlinin rəhbərliyi ilə “Linoqravüra”, 30-da isə Museyib Əmirovun rəhbərliyi ilə “Bakı– Mənim şəhərim" adlı dərslər keçiriləcək.
Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]
Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq
- 26.04.2024 [11:30]