MƏDƏNİYYƏT


Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında

Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, Memorandumun imzalanmasından əvvəl mətbuat konfransı keçirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri və Akademik Dövlət Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov qonaqları salamlayaraq, ölkəmizin teatr həyatı barədə məlumat verib. O qeyd edib ki, bu yaxınlarda Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Gürcüstan Teatr Cəmiyyətinin sədri, Gürcüstan təhsil, elm, mədəniyyət və idman nazirinin müşaviri Georgi Qeqeçkori və Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze qeyd ediblər ki, Gürcüstan dünyanın teatr həyatında fəal iştirak edir. Onlar, məsələn, son vaxtlar bir neçə ölkə ilə əməkdaşlıq haqqında memorandumlar imzalandığını bildirib, gələcək planlar barədə söhbət açıblar.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə olunub, teatrlarımız arasında təcrübə mübadiləsinin və stajkeçmənin, qarşılıqlı qastrol səfərlərinin zəruri olması qeyd edilib.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında Əməkdaşlıq haqqında Memorandum, habelə Kutaisi Dram Teatrı ilə Sumqayıt Dövlət Dram Teatrı arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında Əməkdaşlıq haqqında Memorandumu Azərpaşa Nemətov və Georgi Qeqeçkori imzalayıblar.

Kutaisi Dram Teatrı ilə Sumqayıt Dövlət Dram Teatrı arasında Əməkdaşlıq haqqında Memorandumu Kutaisi Teatrının direktoru Konstantin Abaşidze və Sumqayıt Dövlət Dram Teatrının direktoru Mübariz Həmidov imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.