ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti: “Beta Dynamics” şirkəti ilə əməkdaşlıq çərçivəsində təlimlər keçirilir

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan Texniki Universiteti və “Beta Dynamics” şirkəti arasında əməkdaşlıq davam edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq çərçivəsində şirkət ali məktəbin tələbə və məzunlarının elektronika və proqramlaşdırma ixtisasları üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirir. Proqram üzrə 11 təlimçi hazırlanması nəzərdə tutulur.

İştirakçılar qida mənbələri, əl alətləri, “plata” çapı üçün müxtəlif kimyəvi maddələr, cihazlar haqqında nəzəri və təcrübi biliklər mənimsəməklə yanaşı, bir sıra proqramlar (Proteus, İSİS, SCADA və s.) ilə işləmək imkanı əldə edəcəklər.

Şirkətin elektronika mühəndisi Nurlan Rəhimli tərəfindən aparılan təlimlər ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.